Çin ölkədə orta ömrü 80 ilə çatdırmaq üçün tarixi plan hazırladı

6-03-2026, 17:38           
Çin ölkədə orta ömrü 80 ilə çatdırmaq üçün tarixi plan hazırladı
Çin 2026-2030-cu illəri əhatə edən növbəti beşillik plan çərçivəsində ölkə əhalisinin orta ömür müddətini 80 yaşa çatdırmağı hədəfləyir.

Bu barədə RBC məlumat yayıb.

Məlumata görə, Çin Milli Səhiyyə Komissiyasının rəhbəri Ley Hayçao bildirib ki, 2024-cü ilin nəticələrinə əsasən, ölkədə orta ömür müddətinin 79 il olacağı proqnozlaşdırılır. Gələcək beş il ərzində bu göstəricinin ən azı bir il artırılması planlaşdırılır.

Təsdiqlənməsi nəzərdə tutulan yeni proqramda əsas prioritet xəstəliklərin qarşısının alınması olacaq. Ailə həkimi sisteminin təkmilləşdirilməsi, tibbi maarifləndirmənin artırılması, həmçinin bədən çəkisi, qan təzyiqi, lipidlər və qanda şəkərin səviyyəsinə nəzarətin gücləndirilməsi planlaşdırılır.

Bundan başqa, ürək-damar xəstəlikləri, xərçəng, tənəffüs sistemi xəstəlikləri və şəkərli diabet kimi xroniki xəstəliklərlə mübarizəyə xüsusi diqqət ayrılacaq. Eyni zamanda, ilkin səhiyyə xidmətləri və teletibb imkanlarının inkişaf etdirilməsi də proqramın əsas istiqamətləri sırasında yer alır.

Plana əsasən, yaşlı əhaliyə xidmət sahəsində də əhəmiyyətli islahatlar həyata keçiriləcək. Hazırda ölkədə 310.3 milyon yaşlı insan yaşayır ki, bu da ümumi əhalinin təxminən 22 faizini təşkil edir. Baxım xidmətlərinin keyfiyyətinin artırılması, uzunmüddətli qayğı sığortasının tətbiqi, eləcə də əlilliyi və ya demensiyası olan yaşlı insanlara dəstəyin gücləndirilməsi nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru