ABŞ İrana zərbələr endirmək məqsədilə Britaniyaya dörd ədəd "B-1" bombardmançı təyyarələri göndərib

8-03-2026, 11:38           
ABŞ İrana zərbələr endirmək məqsədilə Britaniyaya dörd ədəd "B-1" bombardmançı təyyarələri göndərib
ABŞ Hərbi Hava Qüvvələrinin dörd "B-1 Lancer strateji bombardmançı təyyarəsi İrana yeni zərbələrə hazırlığı çərçivəsində İngiltərənin cənub-qərbindəki Ferford hava bazasına köçürülüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Məlumata görə, bombardmançılardan biri martın 6-da Britaniyaya gəlib, daha üç təyyarə isə martın 7-də bazaya yerləşdirilib. Böyük Britaniyanın Müdafiə Nazirliyi "B-1" təyyarələrinin gəlişini təsdiqləyib.

"ABŞ İranın bölgədə Britaniya vətəndaşlarının həyatını riskə atan raket atışlarının qarşısını almaq üçün konkret müdafiə əməliyyatları məqsədilə Britaniya bazalarından istifadə etməyə başlayıb", - nazirliyin bəyanatında deyilib.

Güman edilir ki, ABŞ İrana zərbələr endirmək üçün Ferford bazasından döyüş uçuşlarını "yaxın günlərdə" həyata keçirməyə başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru