Araqçi Rusiyanın İrana yardımını təkzib etmədi

9-03-2026, 12:34           
Araqçi Rusiyanın İrana yardımını təkzib etmədi
İranın xarici işlər naziri Abbas Araqçi Rusiyanın İrana yardım göstərməsi ilə bağlı suallara cavab verərkən bunu açıq şəkildə təkzib etməyib.

Referans Media xəbər verir ki, jurnalistin “Rusiyadan hər hansı yardım alırsınızmı?” sualına Araqçi belə cavab verib:

“İran və Rusiya arasında hərbi əməkdaşlıq yeni bir şey deyil. Bu, sirr deyil. Keçmişdə də olub, indi də mövcuddur və gələcəkdə də davam edəcək.”

Jurnalistin Rusiyanın İrana ABŞ qüvvələrini aşkar etməkdə kömək edib-etmədiyi ilə bağlı sualına isə o, belə cavab verib:

“Məndə dəqiq hərbi məlumat yoxdur. Bildiyim qədərilə bizim Rusiya ilə çox yaxşı tərəfdaşlığımız var.”

Rusiyanın kəşfiyyat məlumatları təqdim edib-etmədiyi ilə bağlı növbəti suala cavab olaraq Araqçi qeyd edib: “Onlar bizə bir çox müxtəlif istiqamətlərdə kömək edirlər. Amma bu barədə detallı məlumatım yoxdur.”/Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru