BƏƏ İranı vurub?

9-03-2026, 08:44           
BƏƏ İranı vurub?
Birləşmiş Ərəb Əmirliklərinin ilk dəfə İran ərazisinə zərbə endirdiyi iddia olunur.
Birləşmiş Ərəb Əmirlikləri hərbi qüvvələri İran ərazisində yerləşən duzsuzlaşdırma obyektini hədəfə alıb. Bildirilir ki, zərbə nəticəsində obyektə ciddi ziyan dəyib.
Məlumat əsasən İsrail mediasına istinadla yayılıb. Hələlik hücum barədə Birləşmiş Ərəb Əmirlikləri və ya İran tərəfindən rəsmi açıqlama verilməyib.
Qeyd olunur ki, bu məlumat təsdiqlənərsə, hadisə Birləşmiş Ərəb Əmirliklərinin İran ərazisinə birbaşa zərbə endirdiyi ilk hadisə kimi qiymətləndirilə bilər.
Xatırladaq ki, son günlər regionda gərginlik artıb. ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra Tehran tərəfi regiondakı bir sıra hədəflərə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Bu hücumların bir hissəsinin Birləşmiş Ərəb Əmirlikləri ərazisinə də yönəldiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru