Müctəba Xameneinin 17 yaşında çəkilmiş VİDEOSU YAYILDI - Görün nə edir?

10-03-2026, 00:07           
Müctəba Xameneinin 17 yaşında çəkilmiş VİDEOSU YAYILDI - Görün nə edir?
İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin 17 yaşında çəkilmiş görüntüləri yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, görüntülərin İran-İraq müharibəsi vaxtlarına aid olduğu bildirilib.

Məlumata görə, Müctəba Xamenei həmin müharibədə könüllü olaraq ön cəbhədə döyüşüb.

Qeyd edək ki, İran-İraq müharibəsi 1980-1988-ci illəri əhatə edib. Həmin vaxt İran Prezidenti Əli Xamenei (1981-ci ildən), İraq Prezidenti isə Səddam Hüseyn olub.

Xatırladaq ki, İranın mərhum Ali Rəhbəri Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin başlatdıqları birgə hərbi əməliyyatlar nəticəsində həlak olub. Ötən gün- martın 8-də Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilib. Müctəba Xamenei bu gün xalqa ilk müraciətini edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru