Əgər ABŞ İranda rejimi yıxa bilsə, dünya neft ehtiyatlarının çox böyük hissəsi onun və müttəfiqlərinin təsir dairəsinə düşür.
10-03-2026, 10:24
Çin hazırkı şəraitdə iqtisadiyyatını işlək saxlamaq üçün ildə təxminən 6 milyard barel neft yandırır. Bunun təxminən 75%-ni xarici ölkələrdən alır. Əsas təchizatçılar əvvələr: Rusiya, Səudiyyə, İran, İraq, Venesuela və BƏƏ idi. Sanksiyalar və Maduronun həbsi ilə Venesuela bu siyahıdan konkret çıxdı. İran isə nefti əsasən dolayı və “qara bazar” yolları ilə satırdı ki, savaş başladı. Beləliklə, Çinin əlində yeganə azad ölkə Rusiya qalıb. Amma Rusiyanın hasilatı da Çinin bütün tələbatını təkbaşına doyuzduracaq səviyyədə deyil. Əvvəlki inkişaf tempi ilə ən real proqnozlara görə Çin təxminən 2035-ci ildə ABŞ iqtisadiyyatını keçəcəkdi. Bu isə Vaşinqton üçün ölümdür. Əgər ABŞ İranda rejimi yıxa bilsə, dünya neft ehtiyatlarının çox böyük hissəsi onun və müttəfiqlərinin təsir dairəsinə düşür. Donald Tramp prezident seçiləndə “biz qızıl əsrə giririk” deyəndə də məhz belə bir geosiyasi oyundan danışırdı. Yəni Çini durdurmaq, durdurması üçün İranı və Venesuellanı ondan qopartmaq. Çoxları "yəhudi lobbisi Amerikaya hökm edir”, "Epşteyn sənədləri məcbur etdi" kimi miflərdən danışır. ABŞ siyasətinin statejiyasını amerikalı anqlo-sakson elita formalaşdırır. Vəssalam. İsrail Amerikanın filialından başqa bir şey deyil. Orxan Atabəy TEREF