Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

10-03-2026, 07:24           
Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır
“Böyük yeddilik” ölkələrinin maliyyə nazirləri bazar ertəsi fövqəladə hallar üçün nəzərdə tutulmuş neft ehtiyatlarının istifadəyə verilməsi imkanını müzakirə edəcəklər.

AZƏRTAC xəbər verir ki, bunu Fransa hökumətindəki mənbə Yaxın Şərqdə mövcud münaqişə fonunda neftin qiymətlərinin kəskin artmasını “Reuters” agentliyinə şərh edərkən bildirib.

Danışıqlar barədə ilk olaraq “Financial Times” qəzeti məlumat yayıb və müzakirələrə Beynəlxalq Enerji Agentliyinin də qoşulacağını vurğulayıb. Qəzetin yazdığına görə, ABŞ da daxil olmaqla “Böyük yeddilik” ölkələrindən üçü artıq bu ideyanı dəstəklədiyini ifadə edib.

Bu məlumat bazar ertəsi neftin qiymətlərinin kəskin artması fonunda yayılıb. Belə ki, bəzi iri istehsalçıların tədarükü azaltmasından və ABŞ ilə İsrailin İranla müharibəsinin genişlənməsi səbəbindən gəmiçilikdə uzunmüddətli fasilələrin olacağı ilə bağlı narahatlıqların bazara təsir göstərməsindən sonra qiymətlər 25 faizdən çox artaraq, bir barel üçün 119 dolları ötüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru