Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

11-03-2026, 08:44           
Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putin bu həftə iranlı həmkarı Məsud Pezeşkianla ikinci telefon danışığını keçirib.

Bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı iki lider Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

“Rusiya prezidenti münaqişənin tez bir zamanda deeskalasiyası lehinə öz prinsipial mövqeyini bir daha təsdiqlədi”, - Kremlin mətbuat xidmətindən bildirilib.

Öz növbəsində Məsud Pezeşkian Putinə dəstəyinə, o cümlədən İrana humanitar yardım göstərdiyinə görə təşəkkür edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru