İran ABŞ-nin maraqlarının olduğu neft-qaz obyektlərini məhv etməklə hədələdi

13-03-2026, 12:38           
İran ABŞ-nin maraqlarının olduğu neft-qaz obyektlərini məhv etməklə hədələdi
Rəsmi Tehran ölkənin infrastrukturuna qarşı "ən kiçik hücum" olacağı təqdirdə, ABŞ-nin maraqlarının olduğu Yaxın Şərq ölkələrindəki neft və qaz obyektlərinə zərbələr endirəcəyini vurğulayıb.

Oxu.Az bildirir ki, bu barədə IRIB "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının bəyanatına istinadən xəbər verir.

"Biz düşmən hökumətini və onun bütün müttəfiqlərini xəbərdar edirik ki, İranın enerji infrastrukturuna və limanlarına ediləcək ən kiçik hücum belə, sarsıdıcı və dağıdıcı cavabımızla nəticələnəcək. Belə bir hücum baş verərsə, regionda ABŞ və onun Qərb müttəfiqlərinin maraqlarının olduğu bütün neft-qaz infrastrukturu yandırılacaq və məhv ediləcək", - deyə bəyanatda bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru