ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı

Bu gün, 00:05           
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
ABŞ Dövlət Departamenti ölkə vətəndaşlığından imtina üçün ödənişləri 80 faiz azaldıb. İndi bütün sənədləşmə 450 dollara başa gələcək.

Tribuna.az xəbər verir ki, bu barədə “Newsmax” telekanalı məlumat yayıb.

Telekanalın bildirdiyinə görə, rüsum 2015-ci ildə əhəmiyyətli dərəcədə artırılmışdı. O zaman ödəniş beş dəfə – 450 dollardan 2350 dollara qaldırılmışdı. Səbəb müraciətlərin sayının kəskin çoxalması idi.

Hökumət rüsumları azaltmaqla bağlı vədləri 2023-cü ildə versə də, Dövlət Departamenti bunu yalnız indi həyata keçirə bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]