Orban Macarıstanın hərbi münaqişələrə cəlb olunmasının qarşısını alacağına söz verib

16-03-2026, 16:44           
Orban Macarıstanın hərbi münaqişələrə cəlb olunmasının qarşısını alacağına söz verib
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, ölkəsinin beynəlxalq münaqişələrə cəlb olunmasına imkan verməyəcək və onun sabitliyini təmin edəcək.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, Macarıstanın Baş naziri bazar günü Budapeştdə parlament binası qarşısında öz tərəfdarları önündə çıxış edib.

"Biz Macarıstanı təhlükəsizlik və əmin-amanlıq adası kimi qoruyub saxlamaq öhdəliyini öz üzərimizə götürürük. Hətta belə qeyri-sabit dünya şəraitində də biz müharibədən kənarda qalmalıyıq", - Orban bildirib.

O həmçinin Brüssel də daxil olmaqla, xarici təzyiqlər qarşısında ölkənin suverenliyini qoruyacağına əmin edib, siyasət və enerji təhlükəsizliyi sahəsində qərarları Budapeştə qəbul etdirmək cəhdlərini sərt tənqid atəşinə tutub.

Qeyd edək ki, Orbanın "FİDES- Macar Vətəndaş İttifaqı" Partiyası və Peter Madyarın rəhbərlik etdiyi müxalif "Tisa" Partiyası bazar günü Budapeştdə nümayişlər keçirir. "Associated Press"in məlumatına görə, mitinqlərdə yüz minlərlə insan iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru