İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər

16-03-2026, 12:18           
İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər
"Gələcəkdə süni intellektin inkişafı nəticəsində insanların işləməsi məcburi olmayacaq. Buna baxmayaraq, onlar yüksək gəlir əldə edə biləcəklər".

Bu barədə amerikalı biznesmen İlon Mask sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, gələcəkdə "ümumi yüksək gəlir" sistemi formalaşa bilər və insanlar işləmədən də təmin olunacaqlar.

İ.Mask bu fikri sosial şəbəkədə Kaito adlı istifadəçinin süni intellektin ABŞ-də iş yerlərinə təsiri barədə paylaşımına şərh yazarkən bildirib. Həmin paylaşımda "OpenAI"nin həmtəsisçilərindən biri, "Tesla"nın keçmiş süni intellekt və kompüter görməsi üzrə rəhbəri Andrey Karpatinin hazırladığı analizə istinad olunub.

Araşdırmada ABŞ iqtisadiyyatında 342 peşə süni intellekt və avtomatlaşdırma qarşısında həssaslıq baxımından 10 ballıq sistemlə qiymətləndirilib. Orta göstərici 5.3 bal olub.

İ.Mask bundan əvvəl də dəfələrlə bildirib ki, süni intellekt və robotlar gələcəkdə demək olar ki, bütün iş yerlərini əvəz edəcək və iş könüllü fəaliyyətə çevriləcək.

Onun fikrincə, artıq bu ilin sonuna qədər süni intellekt hər hansı bir insandan daha ağıllı olacaq və yaxın beş il ərzində bəşəriyyətin kollektiv zəkasını da geridə qoya bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru