İllər sonra üzə çıxan kadr: Şahzadə Uilyam anası Diana ilə əvvəllər yayımlanmamış fotosunu paylaşdı FOTO

16-03-2026, 17:24           
İllər sonra üzə çıxan kadr:
Şahzadə Uilyam "Instagram" sosial şəbəkə hesabında anası, Uels şahzadəsi Diana ilə əvvəllər yayımlanmamış fotosunu paylaşıb.

Oxu.Az xəbər verir ki, şahzadə bu paylaşımı Böyük Britaniyada martın 15-də qeyd olunan Analar Günü münasibətilə edib.

Fotoda şahzadə Uilyam və şahzadə Diana çiçəklərlə örtülü sahədə görünürlər. Şahzadə Diana fotoqrafa gülümsəyir və oğlunun əlindən tutur.

"Bu gün və hər gün anamı xatırlayıram. Bu gün sevdiklərini xatırlayan hər kəs haqqında düşünürəm. Analar gününüz mübarək!", - deyə şahzadə Uilyam paylaşımında yazıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru