Kallas: Aİ Ermənistana seçkilərə xarici müdaxilənin qarşısını almağa kömək edəcək

17-03-2026, 16:44           
Kallas: Aİ Ermənistana seçkilərə xarici müdaxilənin qarşısını almağa kömək edəcək
Avropa İttifaqı (Aİ) Ermənistanın müraciəti əsasında ölkədə qarşıdan gələn parlament seçkilərinin gedişinə kibermüdaxiləyə qarşı mübarizəni dəstəkləmək üçün qrup göndərəcək.

Moderator.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Aİ seçkilər ərəfəsində təhdidlərə qarşı kömək etmək üçün Ermənistana hibrid çevik reaksiya qrupu göndərəcək. Regionumuzda demokratik dayanıqlığın dəstəklənməsi əvvəl olduğu kimi birinci dərəcəli əhəmiyyət kəsb edir. Biz Ermənistanı xarici müdaxiləyə qarşı tək qoymayacağıq", - o qeyd edib.

K.Kallasın sözlərinə görə, təzyiqə məruz qalan demokratik ölkələr Avropanın dəstəyinə arxalana bilərlər.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru