Ukrayna Yaxın Şərqə PUA əleyhinə 200-dən çox hərbi mütəxəssis göndərib

18-03-2026, 11:44           
Ukrayna Yaxın Şərqə PUA əleyhinə 200-dən çox hərbi mütəxəssis göndərib
Ukrayna Prezidenti Volodimir Zelenski dron hücumlarına qarşı mübarizə aparmaq üçün Yaxın Şərqə 200-dən çox hərbi mütəxəssisin göndəriləcəyini açıqlayıb.
"Report" xəbər verir ki, o, bunu Böyük Britaniya Parlamentində çıxışı zamanı bildirib.

"Hazırda Yaxın Şərq və Fars körfəzi bölgəsində 201 ukraynalı var. Daha 34 nəfər yerləşdirilməyə hazırdır. Bunlar hərbi mütəxəssislərdir, necə müdafiə olunacağını və "Şahed" dronlarına qarşı necə kömək edəcəyini bilən mütəxəssislərdir. Komandalarımız artıq Birləşmiş Ərəb Əmirliklərdə, Qətərdə və Səudiyyə Ərəbistanındadır və Küveytə gedirlər. Biz bir neçə başqa ölkə ilə əməkdaşlıq edirik - artıq razılaşmalar bağlanıb", - deyə Zelenski bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru