KİV: Aİ Ukraynaya 90 milyard avroluq krediti razılaşdırıb

18-03-2026, 12:18           
KİV: Aİ Ukraynaya 90 milyard avroluq krediti razılaşdırıb
Avropa İttifaqı Ukraynaya 90 milyard avro həcmində kredit ayrılması barədə razılığa gəlib.

Bu barədə Bolqarıstan Milli Radiosu Brüsseldəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, qərar Macarıstanın vetosuna baxmayaraq qəbul olunub və onun yenidən nəzərdən keçirilməsi planlaşdırılmır.

Mənbənin sözlərinə görə, Avropa Şurasının prezidenti Antoniu Koşta martın 17-də Macarıstanın Baş naziri Viktor Orbanla danışaraq Aİ liderlərinin 2025-ci ilin dekabrında qəbul etdiyi qərara əməl etməsini tələb edib.

Orban daha əvvəl Ukraynanın "Drujba" boru kəməri ilə Rusiya neftinin tranzitini bərpa etməyəcəyi halda Budapeştin onu dəstəkləməyəcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru