İran o ölkəni nişan verdi: - ABŞ-la aramızda vasitəçi ola bilər

18-03-2026, 16:27           
İran o ölkəni nişan verdi: - ABŞ-la aramızda vasitəçi ola bilər
Çin və bir sıra digər ölkələr Yaxın Şərqdəki münaqişənin həllində vasitəçi kimi çıxış edə bilərlər.

Publika.az xəbər verir ki, bu barədə çərşənbə günü İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Mənim fikrimcə, Çin də daxil olmaqla bir neçə ölkə vasitəçi kimi çıxış edə bilər. Çin İran və Səudiyyə Ərəbistanı arasında uğurla və müsbət vasitəçilik edib və əminəm ki, hər iki ölkə o zaman əldə edilən razılaşmalara əməl edəcək", - deyə naziri "Əl-Cəzirə"yə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, İran Tehranın tələblərinə cavab verən nizamlama ilə bağlı istənilən təklifi dinləməyə hazırdır.

Arakçi bildirib ki, "Tələblərimizə cavab verən və şərtlərimizə uyğun olan hər hansı təklifi dinləyəcəyik".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru