Tramp həmin hücum barədə yalan danışıbmış

20-03-2026, 07:14           
Tramp həmin hücum barədə yalan danışıbmış
ABŞ Prezidenti Donald Trampın İranın “Cənub Pars” qaz-neft yatağına İsrail tərəfindən edilən hücumdan xəbərsiz olması ilə bağlı bəyanatları şübhə altına alınıb.

Bizimesr.az “Axios” nəşrinə istinadən xəbər verir ki, Tramp rəsmi açıqlamasında Vaşinqtonun bu hücumdan öncədən məlumatı olmadığını desə də, mənbələr bunun əksini iddia edir.

Nəşrin məlumatına görə, Qətər rəhbərliyi İsrailin zərbəsindən tamamilə xəbərsiz olduğu halda, Tramp bu barədə öncədən məlumatlı olub. Mənbələr iddia edir ki, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ lideri zərbənin endirilməsi ilə bağlı hərəkətlərini əvvəlcədən koordinasiya ediblər. Hücumun əsas məqsədinin İranın Hörmüz boğazı vasitəsilə neft tədarükünə mane olmaq cəhdlərini dayandırmaq və Tehrana təzyiq göstərmək olduğu bildirilir.

Xatırladaq ki, martın 18-də İranın cənubundakı “Cənub Pars” yatağına və Əssaluyə bölgəsinə zərbələr endirilib. İranın cavab zərbəsindən sonra Ağ Ev rəhbəri hücumdan xəbərsiz olduğunu, Qətərin isə sözügedən hadisədə heç bir iştirakının olmadığını bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru