Makron: Fransa Aralıq dənizində Rusiyanın "Deyna" gəmisini ələ keçirib

21-03-2026, 00:02           
Makron: Fransa Aralıq dənizində Rusiyanın "Deyna" gəmisini ələ keçirib
Fransa donanması Aralıq dənizində Rusiyanın "kölgə donanması"nın tərkibinə daxil olan "Deyna" gəmisini saxlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Beynəlxalq sanksiyaları aşan və dəniz hüququnu pozan bu gəmilər hərbi spekulyantlar kimi fəaliyyət göstərirlər. Onlar qazanc əldə etməyə və Rusiyanın hərbi əməliyyatlarını maliyyələşdirməyə çalışırlar. Biz buna imkan verməyəcəyik", - E.Makron qeyd edib.

O, həmçinin vurğulayıb ki, İran ətrafındakı böhran Fransanı Ukraynanı dəstəkləməkdən yayındırmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru