Ərdoğan: "Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək"

Bu gün, 08:48           
Ərdoğan: "Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək"
Türkiyə Dövlət Neft Şirkəti (TPAO) İraqın şimalındakı Kərkük yataqlarının işlənilməsində iştirak edəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əz-Zeydi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Turkish Petroleum" şirkəti Kərkükdəki yataqların işlənilməsində iştirak etmək hüququ əldə edib. Bu gün imzalanan saziş energetika sektorunda tərəfdaşlığın inkişafı baxımından tarixi addımdır", - deyə Ərdoğan vurğulayıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə dəqiqləşdirib ki, "bp" şirkəti ilə imzalanmış sazişə əsasən, TPAO "bp Energy Company of Kirkuk Limited" (BPECKL) şirkətinin 15 faiz səhmlər paketini əldə edib.

"Bu tərəfdaşlıq sayəsində TPAO İraqın karbohidrogen hasilatı baxımından ən mühüm bölgələrindən biri olan Kərkük yataqlarının işlənilməsində iştirak edəcək. Şirkət potensial olaraq təxminən 3 milyard barel həcmində qiymətləndirilən ehtiyatların istismarına başlanılması üçün BPECKL-dəki tərəfdaşları ilə əməkdaşlıq edəcək", - deyə Bayraktar "X" sosial şəbəkəsində yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru