Britaniya həbsxanalarında yer çatışmır: Məhbuslar vaxtından əvvəl azadlığa buraxılırlar

Dünən, 15:08           
Britaniya həbsxanalarında yer çatışmır:
Böyük Britaniya hökuməti həbsxanalarda yer çatışmazlığı səbəbindən məhbusların vaxtından əvvəl azad olunması proqramını davam etdirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Endi Börnрem "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, zorlama və uşaqlara qarşı ağır cinayətlərə görə məhkum olunan şəxslər bu proqramdan kənarda saxlanılacaq.

Baş nazir yaranmış vəziyyətə görə 2010-2024-cü illərdə hakimiyyətdə olmuş Mühafizəkarlar Partiyasını günahlandırıb.

"Sistem artıq demək olar ki, imkanlarının son həddinə çatıb. Yeni cinayət törədən şəxslərin vaxtında həbsxanaya göndərilə bilməməsi riski var", - deyə o qeyd edib.

Börnрem bildirib ki, vaxtından əvvəl azad edilən məhkumların qurbanlarının narahatlığını başa düşür, lakin penitensiar sistemin iflic olmaması üçün proqramı dayandırmaq mümkün deyil.

Onun sözlərinə görə, azadlığa buraxılan məhkumlara nəzarət daha da gücləndiriləcək. Onların əksəriyyəti elektron qolbaq daşıyacaq, həmçinin müəyyən ərazilərə, pablara və kütləvi tədbirlərə getmələri məhdudlaşdırılacaq. Bundan əlavə, probasiya xidməti əməkdaşlarına bəzi məhkumların avtomobil idarə etməsini qadağan etmək səlahiyyəti veriləcək.

Baş nazir, həmçinin 2031-ci ilədək ölkədə 14 min yeni həbsxana yerinin yaradılacağını və bununla da həbsxana böhranının aradan qaldırılmasının planlaşdırıldığını bildirib.

Qeyd edək ki, Böyük Britaniyada 2024-cü ilin sentyabrından etibarən cəzasının 40 faizini çəkmiş məhbusların mərhələli şəkildə vaxtından əvvəl azad olunması proqramı tətbiq edilir. Ölkənin Ədliyyə Nazirliyinin məlumatına görə, hazırda Britaniya həbsxanalarının doluluq səviyyəsi təxminən 98 faizdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru