TARİXİ QARABAĞIN TÜRK MƏNŞƏLİ TAYFALARI
Dünən, 15:14

Qazaxlar
Azərbaycanın Şimal-Qərb bölgəsində qıpçaq türklərinin böyük bir qolu sayılan qazaxlar məskunlaşmışlar. Bu türk mənşəli tayfa ağ hunların tərkibində aran, tərtər, tuq berindeylərlə Azərbaycana hərbi yürüşlərdə, etnik axında yaxından iştirak etmiş və
onların adı ilə bağlı etnonimlər meydana gəlmişdir. Keçmiş Xankəndi bölgəsində Siqnak adlı kənd var idi. Ulu Çöldə qıpçaqların bir şəhəri Siqnak adlanırdı (10-12-ci yüzilliklər). Bu şəhərdən gəlmiş qıpçaq ailələri Yuxarı (dağlıq) Qarabağda məskunlaşdıqları kəndə həmin Siqnak şəhərinin adını vermişlər.
Xocavənd bölgəsi ərazisində Çıraquz adlı kənd var. Bu ad
19-cu yüzilliyin sənədlərində Çıraq-Uz şəklində qeydə alınmışdır.
K. Baqryanorodnı yazır ki, Cənubi Rus (Dəşti-Qıpçaq - müəllif) çöllərində Uz adlı türk tayfası yaşayırdı. Uz adlı kənd keçmişdə Yuxarı (dağlıq) Qarabağın Ağdərə bölgəsində yerləşən Maqavuz
(əslində Magov - Uz- müəllif) kəndinin adında qalmışdır.
Qarabağ əyalətində Arbaduz, Zəngəzur bölgəsində Şıxa-
Uz kənd adları da bu səpkidəndir və onlar indiyədək tam öyrənilməmiş,
öz gələcək tədqiqatını gözləyir.
Mənbə: Aydın Qarabağlı. "Qarabağ, onun qədim tayfaları və toponimləri." – Bakı, “Mütərcim”, 2008,

