ABŞ Prezidenti Donald Tramp ABŞ-nin hərb naziri Pit Heqsetdən raket çatışmazlığı ilə bağlı izahat tələb etməsi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib.
ABŞ prezidenti paylaşımında Pit Heqsetin fəaliyyətini yüksək qiymətləndirərək onun Venesuela Prezidenti Nikolas Maduroya qarşı keçirilən əməliyyatlarda və İrandakı hərbi əməliyyatlarda xidmətlərini xüsusi vurğulayıb.
"Pit orduda böyük hörmətə malikdir. O, müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) siyasətinin ləğvi, eləcə də hərbi xidmətə cəlb olunanların sayının rekord həddə çatdırılması da daxil olmaqla mühüm uğurlara imza atıb", - deyə Tramp qeyd edib.