Belçika hökuməti Rusiyanın diplomatik hesablarına qoyduğu həbsi ləğv edib

21-06-2015, 16:23           
Belçika hökuməti Rusiyanın diplomatik hesablarına qoyduğu həbsi ləğv edib
İlk növbədə Rusiyanın Belçikadakı, NATO və Avropa İttifaqındakı səfirliklərinin hesablarına qoyulan həbslər aradan qaldırılacaq

Belçika hökuməti Rusiyanın diplomatik hesablarına qoyduğu həbsin aradan qaldırılması ilə bağlı qərar qəbul edib.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, bu bardə Belçika XİN rəhbəri Didye Reynders bildirib.

"Biz qərara gəldik ki, ilk növbədə səfirliklərin hesablarına qoyulan həbsləri aradan qaldıraq, ardı gələcək", - deyə nazir qeyd edib.

Qeyd edilib ki, ilk növbədə Rusiyanın Belçikadakı, NATO və Avropa İttifaqındakı səfirliklərinin "İNG Bank"da olan hesablarına qoyulan həbslər aradan qaldırılacaq.

Nazir əlavə edib ki, həbs qoyulan digər hesablar bazar ertəsi sərbəst buraxılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]