Yunan baş naziri:“Bizi demokratiya ilə şantaj edə bilməyəcəklərini sübut etdik”

6-07-2015, 12:35           
Yunan baş naziri:“Bizi demokratiya ilə şantaj edə bilməyəcəklərini sübut etdik”
“Bizi demokratiya ilə şantaj edə bilməyəcəklərini sübut etdik”

Ötən gün Yunanıstanda keçirilən referendumdan sonra səslərin 100 faizi sayılıb və səsvermədə iştirak edənlərin 61 faizdən çoxu beynəlxalq kreditorların təqdim etdiyi iqtisadi qənaət proqramına “yox” deyib.

AzVision.az-ın məlumatına görə, referendumun nəticələri barədə danışan Yunanıstanın baş naziri Aleksis Çipras çıxışı ilə Avropa İttifaqına sözün həqiqi mənasında meydan oxuyub.

A. Çipras bildirib ki, referendumun nəticələrinə görə, qalib, ya da məğlub yoxdur: “Yunan xalqı parlaq bir səhifə yazdı. Biz demokratiya ilə şantaj edilə bilinməyəcəyimizi sübut etdik”.

Baş nazir hesab edir ki, referendum Yunanıstanın Avropa İttifaqından çıxması üçün səlahiyyət vermir.

Qeyd edək ki, Yunanıstan referendumunun nəticəsi açıqlanandan sonra Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Avropa İttifaqı ölkələrinin fövqəladə sammitini çağırıb. Sammitdə Yunanıstanın avrozonada qalıb-qalmaması məsələsi həll olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru