Kürdlər İraqı rəsmən paraladı - Yolumuz ayrıldı

6-07-2015, 12:56           
Kürdlər İraqı rəsmən paraladı - Yolumuz ayrıldı
Bundan sonrakı yolumuza İraq mərkəzi hökumətilə birgə davam etməyəcəyik.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İraq Kürd Muxtar Vilayətinin Baş naziri Neçirvan Bərzani çıxış edib.

Onun sözlərinə görə, İraq hökuməti büdcə paylarını əksik ödədiyi üçün Ərbil başqa çıxış yolları axtarmaq məcburiyyətində qalacaq:

“Boru kəmərləri ilə İraqın bizim ərazimizdən çıxardığı neftin illik gəliri 850 milyon dollar olduğu halda rəsmi Bağdad bizə 400 milyon dollar ödəyir. Təəssüf ki, Bağdad bizə başqa yol qoymur. Mərkəzi hökumətlə siyasi heç bir problemimiz yoxdur. Ortada sadəcə iqtisadi problem var. Bağdada qapılarımızı bağlamamışıq və indi də istəsələr, görüşə bilərik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]