Güllələrin Qarşısını Alan Aparat İstehsal Olunub

16-09-2015, 23:48           
Güllələrin Qarşısını Alan Aparat İstehsal Olunub
Silahlar dövrümüzdə demək olar ki, hər ölkənin polisinin və ordusunun sahib olduğu təchizatlardır. Bu cihazların quruluş məqsədi hədəfində olan cismə və ya adama ola bildiyi qədər çox zərər verməkdir.

Technews.az Gizmodo-a istinadən bildirir ki, Kaliforniyada olan “Alternative Ballistics” adlı bir şirkət silahlar üçün xüsusi bir aparat hazırladı. Bu aparat sayəsində plastik güllə istifadə edilməyən və normal atış üçün istehsal olunan silahlar ölümcül olmaqdan uzaqlaşacaq və qalıcı olmayan xəsarət yetirmə məqsədiylə istifadə ediləcək.

Aparatın iş prinsipi çox sadədir. Silahın ön qisminə taxılan aparatın ucunda silahın modelinə xüsusi uyğunlaşdırılmış olan top var. Bu top güllənin başlığının silahdan çıxması anında güllənin ilk qarşılaşdığı cisim olur. Bu təmasdan sonra güllə yoluna davam edərkən arxasından topu da gətirir.

Qeyd edək ki, aparat silahın modelinə və güllənin növünə xüsusi olaraq istehsal edildiyi üçün güllə təmas halında topa tam olaraq otura bilir. Heç bir cür sapma və ya sürət kəsilməsinə səbəb olmayan aparat bu vəziyyətlərdə plastik güllə istifadəsindən çox daha faydalır. Tək problemi yalnız bir əl istifadə edilə bilməsidir.
[media=https://www.youtube.com/watch?t=51&v=14CUYMFSXoQ]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru