Ərəb şahzadəsi öldürülüb - İddia

21-09-2015, 17:31           
Ərəb şahzadəsi öldürülüb - İddia
Birləşmiş Ərəb Əmirliklərinin baş naziri, Dubay əmiri Məhəmməd bin Rəşid Əl-Məktumun böyük oğlu, 34 yaşlı Rəşid bin Məhəmməd əl-Məktum ürək tutmasından yox, Yəmən ərazisində gedən hərbi əməliyyatlar nəticəsində ölüb.

Virtualaz.org saytı xəbər verir ki, bu sensasion məlumatı hadisə şahidlərinə və mötəbər mənbələrə istinadən İranın “Fars” agentliyi yayıb.

“Şeyx Rəşid və BƏƏ-nin daha bir neçə hərbi qulluqçusu Yəmənin Mərib əyalətində şiələrin “Ənsar Allah” təşkilatı döyüşçülərinin açdığı artilleriya atəşləri nəticəsində həlak olublar” - deyə agentlik bildirir.

Bu xəbəri Yəməndəki döyüşlərdə iştirak edən digər hərbçilər də təsdiqləyib.

Qeyd edək ki, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərin elit qoşun hissələrinin hər biri Yəməndə vuruşmağa 1000 döyüşçü göndərib.

Sentyabrın 19-da BƏƏ hökuməti 18 milyard dollar sərvətə malik şahzadənin ürək tutmasından öldüyünü bəyan etmiş, lakin təfərrüatları açıqlamamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru