ŞOK: Rusiya NATO-nu çökdürən casusunu belə xilas etdi – VİDEO

27-09-2015, 17:35           
ŞOK: Rusiya NATO-nu çökdürən casusunu belə xilas etdi – VİDEO
Rusiya ilə Estoniya sərhədində casus dəyişdirilməsi prosesi baş tutub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Məlumata görə, sentyabrın 26-da iki ölkə arasındakı Kunçina Qora sərhəd qapısında Rusiyada casusluq etdiyi üçün həbs olunan Estoniya agenti Kover Estoniyanın Daxili İşlər Nazirliyində çalışan keçmiş zabit Aleksey Dressenlə dəyişdirilib. Dressen öz ölkəsindən FSB-yə məlumat ötürməkdə ittiham olunaraq həbs olunmuşdu.

“İnterfaks”a danışan Rusiya kəşfiyyatındakı mənbə bildirib ki, Dressen 20 il ərzində Rusiya xüsusi xidmət orqanlarına Baltik ölkələrində ABŞ və İngiltərə kəşfiyyatının fəaliyyətləri haqda məlumatlar ötürüb. Onun məlumatları hesabına Rusiyada bir çox qərbli casuslar aşkar edilib və Baltikyanı ölkələrdə Rusiyaya qarşı addımların qarşısı alınıb.
[media=https://www.youtube.com/watch?v=jrE3v5v_MW0]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru