BMT tribunasında Poroşenko ilə Rusiya arasında qalmaqal

29-09-2015, 00:56           
BMT tribunasında Poroşenko ilə Rusiya arasında qalmaqal
Rusiya diplomatik heyətinin nümayəndələri Pyotr Poroşenkonun BMT-nin Baş Assambleyasında çıxışı zamanı etiraz əlaməti olaraq zalı tərk ediblər.

Avropa.info xəbər verir ki, Zalı tərk edənlər arasında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin də olub. Rus diplomatların bildirdiyinə görə, Poroşenko Rusiyaya qarşı aqressiv və gündəmə uyğun olmayan mətnlə çıxış edib. Rusiya heyətindən yalnız bir diplomat qalıb.

RİA Novosti agentliyi bildirir ki, zalı ancaq diplomatik heyətin bacısı Vitali Çurkin tərk edib.

Qeyd edək ki, Ukrayna prezidenti Krımın ilhaqını və Donbasdakı müharibəni Rusiya təcavüzü ilə əlaqələndirib. Poroşenkoya görə ukraynalıların kasıblaşmasının səbəbi də Rusiyadır. Çünki müharibənin hər gününə 5 milyon dollar sərf olunurdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru