Rusiya Suriyadakı aviaqruplaşmanın sayını ilk dəfə açıqladı

1-10-2015, 18:13           
k. Amma o da dəqiq deyil”Rusiya Suriyadakı aviaqruplaşmanın sayını ilk dəfə açıqladı
Rusiya Müdafiə Nazirliyi Suriyada yerləşdirilən aviaqruplaşmanın tərkibini və sayını ilk dəfə açıqlayıb.

Virtualaz.org saytı xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov Suriyada 50-dən çox döyüş təyyarəsi və vertolyotun yerləşdirildiyini bildirib.

“Aviasiya qruplaşması qısa müddət ərzində yerləşdirilib. Biz bunu bacardıq. Çünki əsas material ehtiyatlarının və döyüş sursatlarının əsas hissəsi Tartusdakı maddi-texniki təchizat bazasında var idi. Geriyə ancaq aviasiyanın yenidən dislokasiyası və bəzi avadanlıqların daşınması qalırdı”- deyə Konaşenkov bildirib.

Bundan əvvəl ABŞ kəşfiyyatı Suriyanın Latakiyə şəhəri yaxınlığındakı aerodromda Rusiyanın 28 döyüş təyyarəsini və bir neçə vertolyotunu qeydə almışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru