İngiltərə XİN: “Rusiya eyni vaxtda Əsədi müdafiə edib İŞİD-ə qarşı çıxa bilməz...”

4-10-2015, 20:06           
İngiltərə XİN: “Rusiya eyni vaxtda Əsədi müdafiə edib İŞİD-ə qarşı çıxa bilməz...”
Rusiya eyni vaxtda Suriya prezidenti Bəşər Əsədi müdafiə edib İŞİD terror qruplaşması ilə mübarizə apara bilməz.

Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Filipp Xammond Mançesterdə Konservatorlar Partiyasının konfransında bildirib.

“Onun (Əsədin –red.) Rusiya tərəfindən dəstəklənməsi Suriya müxalifətini İŞİD-in əlinə təhvil verəcək. Bununla da Putinin sözləri ilə desək, onun məhv eləmək istədiyi şər daha da güclənmiş olacaq” – nazir qeyd edib.

Bundan qabaq XİN başçısı Rusiyanın Suriyada İŞİD-lə mübarizə aparmaq istəyini alqışlamışdı, lakin əlavə eləmişdi ki, Moskva aviazərbələrin Suriya müxalifət qüvvələrinə deyil, məhz İŞİD-çilərə ünvanlandığını təsdiq eləməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru