Cavid Qurbanov daha bir dövlət qurumunu “udur”

17-12-2015, 12:09           
Cavid Qurbanov daha bir dövlət qurumunu “udur”
Yaxın vaxtlarda yeni dövlət qurumunun yaradılması gözlənilir. Məlumat “Azadlıq”a hakimiyyət mətbəxindən sızıb. Xəbərə görə, yeni qurum vahid yükdaşıma xidmətini həyata keçirəcək. Mümkündür ki, qurum elə Vahid Yükdaşıma Xidməti adlandırılsın.
Bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC və “Xəzər Dəniz Gəmiçiliyi” QSC bu qurumda birləşdiriləcək. Bir neçə gün əvvəl Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində olan şirkətin ləğv olunması da bununla izah edilir. Söhbət Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Avtomobil Yük Daşımalarının təşkili” MMC-nin ləğvindən gedir.
Yeni yaradılacaq qurumun rəhbərinə gəlincə, bildirilir ki, bu şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ola bilər












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru