Kəskin devalvasiya təklifini Samir Şərifov verib – təfsilat

27-12-2015, 11:27           

Devalvasiya lə bağlı müzakirələrdə ən sərt mövqeyi maliyyə naziri Samir Şərifov tutub. Məhz onun təkidi ilə manatın dollarla məzənnəsi 1 manat 55 qəpik müəyyən edilib. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, devalvasiyadan öncə maliyyə blokuna daxil olan şəxslərin toplantısı keçirilib: Toplantıda Mərkəzi Bankın sədri Elman Rüstəmov yumuşaq devalvasiya təklif edib – 1 dollar 1 manat 15 qəpik. E.Rüstəmov təklifini hərtərəfli əsaslandırıb, yəni həm iqtisadi, həm maliyyə, həm də sosial baxımdan. Ancaq maliyyə naziri Samir Şərifov Neft Fondunun itkilərini əsas götürürərək 1 dolların 1 manat 55 qəpik olmasını israrla təkid edib. Gərgin müzakirələrdən sonra Samir Şərifovun təklifi qəbul edilib, E.Rüstəmov isə başını bulayaraq toplantını tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru