Ramiz Zeynalovun işçilərindən prezidentə şikayət edirlər- VİDEO

7-01-2016, 21:46           
Ramiz Zeynalovun işçilərindən prezidentə şikayət edirlər- VİDEO
“Baş Dövlət Yol Polisi İdarəsinin Göytəpə postunun əməkdaşları Mayəddin Hüseynov və İsaq Xankişiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənə zor tətbiq edib və Lənkəran şəhər polis bölməsinə aparmaqla hədələyiblər”

Bu sözləri Astara rayonu Pensər kənd sakini Ramin Əliyev BTV-yə müsahibəsində deyib. Ramin Əliyev bildirir ki, 2015-ci il sentyabrın 3-də avtomobili ilə Lənkəran şəhəri Velədi kəndi ərazisində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə DYP əməkdaşları Mayəddin Hüseynov və İsaq Xankişiyev tərəfindən saxlanılıb. Şikayətçi bildirir ki, qayda pozuntusu etdiyinə görə cəriməni ödəməyə hazır olduğunu söyləsə də yol polis əməkdaşları tamam fərqli addım atıblar. Probleminin həll ediləcəyinə ümid edən şikayətçi ölkə başçısına müraciət edib. Sonda Ramin Əliyev haqq-ədalətin bərpa olunacağına inandığını söyləyib.
[media=https://www.youtube.com/watch?v=BkfTC2-DtyQ]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru