İcra başçısı vətəndaşı necə təhqir etdi? - VİDEO

14-01-2016, 14:39           
İcra başçısı vətəndaşı necə təhqir etdi? - VİDEO
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev vətəndaşı təhqir edib.

Lent.az-ın xəbərinə görə, sosial şəbəkələrdə yayılan videoda Mahmud Quliyevin olduğu deyilən səs eşidilir.

İcra başçısı ondan iş istəyən vətəndaşa "get öl" deyib, çığırır. Vətəndaşın təhqir etməməklə bağlı çağırışının ardından isə icra başçısı küçə söyüşləri ilə təhqirini davam etdirir.

Daha sonra M. Quliyevin polisi çağıraraq vətəndaşı dərhal ərazidən uzaqlaşdırıb həbs etmək barədə tapşırıq verdiyi eşidilir.

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan deputatı Astan Şahverdiyev isə modern.az-a açıqlamasında bildirib ki, icra başçısı təmkinli olmalıydı: “Bu barədə danışmaq istəmirəm. O, danışıb və indi ondan münasibət öyrənilməlidir. Əlbəttə, insanları təhqir etmək olmaz. Şəxsiyyətindən, kimliyindən asılı olmayaraq heç kimi təhqiri etmək olmaz. İnsanlarla davranışda heç olmazsa cənab Prezidentə baxıb nümunə götürməlidirlər ”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru