Azərbaycan universal ödəniş sistemini işə salır

28-01-2016, 09:19           

Gələn ay Azərbaycanda yeni "AzerPay" universal ödəniş sisteminin işə salınacağı gözlənilir. Bu barədə Trend-ə "AzerPay" şirkətindən bildiriblər.

Sistemin üstünlüyü təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi, POS-terminallar vasitəsilə əməliyyatların aparılması və digər imkanlar olacaq.

"AzerPay" hesabını "Azərpoçt" MMC-nin poçt şöbələrində, eləcə də bank kartları və nağd vəsait qəbul edən terminallar vasitəsilə doldurmaq mümkün olacaq.

AzerPay-də təhlükəsizliyin təmin edilməsi üçün bir neçə səviyyəli mühafizə sistemindən (abonent kodu, mobil telefonun nömrəsi, PIN-kod, məlumat mübadiləsinin kombinasiya edilmiş vasitələri) istifadə ediləcək.

Bundan başqa, "AzerPay" istifadəçiləri azerpay.az saytı vasitəsilə ödəniş sisteminə çıxış əldə edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru