Ali məktəblərə qəbul imtahanları ləğv edilir? — VİDEO

3-02-2016, 08:42           

Məleykə Abbaszadə açıqlama verdi.

Ali məktəblərə qəbul imtahanlarının test üsulu aparılmaması təklif edilir. Əvəzində qəbul üçün orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsas götürülə bilər.

teref.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Xəzər Xəzər”ə açıqlamasında bildirib ki, buraxılış imtahanının nəticələrinə əsasən universitetə qəbul aparılması elmi müstəvidə müzakirə olunur.

Əgər hüquqi bir qərar verilsə şagirdlər ana dili, riyaziyyat və xarici dillə yanaşı başqa fənlərdən də buraxılış imtahanı verməli olacaqlar. Fənlərin artırılması ilə bağlı Təhsil nazirliyinə təkliflər edilsə də bu dərs ilində dəyişiklik gözlənilmir.

Buraxılış imtahanında qaydalar da sərtləşdirilib. Əvvəllər xarici dil imtahanından 3 qiyməti almaq üçün 6 suala doğru cavab vermək kifayət idisə bu il şagirdlər minimum 7 doğru cavab verməlidirlər.

Ali məktəblərə mövcud qəbul imtahanında isə variantların sayı da artırıla bilər. Çünki, yeni istifadə olunan çap texnologiyası hər abituriyentə individual test kitabçası hazırlamağa imkan verir.
[media=https://www.youtube.com/watch?v=WlHSpTvDtmA]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru