"Haqqımdakı iddialarla bağlı canlı yayımda açıqlama verəcəyəm" - Əvəz Zeynallıdan AÇIQLAMA

8-09-2022, 11:00           
"Haqqımdakı iddialarla bağlı canlı yayımda açıqlama verəcəyəm" -
“Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallı ötən gün haqqında yayılan iddialarla bağlı canlı yayımda açıqlama verəcək.
TEREF.AZ xəbər verir ki, o, bu barədə Yeniavaz.com-a danışıb.
Jurnalist bildirib ki, bu gün sosial şəbəkələr vasitəsilə iddialara cavab verəcək:
“Bu gün saat 10-da sosial şəbəkə hesablarımda canlı yayım vasitəsilə iddialarla bağlı danışacam. Bu barədə bütün suallara cavab verəcəyəm”.
Xatırladaq ki, ötən gün “Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alması barədə iddialar və bununla bağlı jurnalistin səs yazısı yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru