Nüfuzlu din xadimləri İranın dini rəhbəri Əli Xamineyini vilayəti fəqh, müctəhid və mərceyi təqlid kimi qəbul etmirlər - Bəyanat yaydılar

1-10-2022, 07:57           
Nüfuzlu din xadimləri İranın dini rəhbəri Əli Xamineyini vilayəti fəqh, müctəhid və mərceyi təqlid kimi qəbul etmirlər - Bəyanat yaydılar
Bu gün Qum, Məşhəd və Tehrandakı dini universitetlərdə dərs tədris edən nüfuzli din alimləri və həmin hövzədə oxuyan tələbələr İranın dini rəhbəri Əli Xamineyi əleyhinə bəyanat yayıblar. Onlar bəyan ediblər ki, bu gündən etibarən Xamineyini vilayəti fəqh, müctəhid və mərceyi təqlid kimi qəbul etmirlər. Habelə onlar Xamineyinin vilayəti fəqh titulunu da ləğv ediblər. İranda yayımlanan Zeitoons.com saytında dərc olunan bəyanatda deyilir ki, onlar Xamineyini vilayəti-fəqh olaraq qəbul etmirlər və bununla bağlı fətva veriblər. Həmin fətvada Xamineyi bundan sonra vilayəti-fəqhlikdən çıxarılıb. Din xadimləri yazıblar: "Məhəmməd şəriətinə əsaslanaraq xalq etirazlarının yatırılmasında iştirak edənləri pisləyirik. Hökumətin birinci şəxsi, yəni Əli Xamenei heç bir şəkildə müctəhid sayılmır, onun bu gündən sonra təqlid səlahiyyəti də yoxdur. Əli Xamenei hökumətinin İslamla heç bir əlaqəsi yoxdur və o, İslamı xalqa hakim olmaq üçün bəhanə edib və özünün hakimiyyətini qorumaq üçün xalqı qırmaqdan çəkinmir. Biz tələb edirik ki, hökumət etiraz aksiyalarına icazə verməli və referendum keçirilməsi üçün hazırlıqlara başlamalıdır".
Fikrət Fəraməzoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru