Azərbaycan XİN-nin BMT baş katibinə ünvanlandığı məktubun mətni...
28-12-2022, 10:58

Azərbaycan XİN-nin Ermənistanın qeyri-qanuni fəaliyyəti ilə əlaqədar Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı BMT baş katibinə ünvanlandığı məktub Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
məktubun mətni :
- Laçın yolunda azərbaycanlı fəalların Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı etirazlarının Ermənistan tərəfindən “humanitar böhran” kimi qələmə verməklə siyasiləşdirmək cəhdləri,
- Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı ,
- 3 dekabr tarixindən başlayaraq Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin faydalı qazıntı yataqlarının qanunsuz istismarı,
- ekoloji və digər fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar apardığı,
- əldə edilmiş razılığa baxmayaraq 10 dekabr tarixində sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədildiyi,
- Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmadığı,
- Azərbaycanlı etirazçılar tərəfindən yol boyu nəqliyyatın hərəkətinin dayandırılması niyyətinin olmaması,
- əksinə mülki nəqliyyat vasitələrinin, xüsusən də təcili yardım maşınlarının hərəkətini asanlaşdırmağa hazır olduqları,
- Azərbaycan tərəfinin yerli erməni sakinlərlə dialoqun təşviqi istiqamətində addımlar atdığı ,
- Azərbaycan tərəfinin davamlı olaraq öhdəliklərinə əməl etdiyi,
- Ermənistan tərəfinin isə Üçtərəfli bəyanatı kobudcasına pozaraq Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətlər üçün sui-istifadə etməsi,
mövcud mina təhlükəsinin ağır nəticələri :
- 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 276 vətəndaşımızın mina partlayışından zərər çəkdiyini,
- həlak olan 46 nəfərdən 35 nəfərin mülki şəxs olduğunu vurğulanıb.
Yeganə Hacıyeva
Teref.az

