Tarixdə bu gün - 2 yanvar...
3-01-2023, 01:46

2 yanvar
1918-ci il...
Terrorçu daşnak qrupları indiki Türkiyə ərazisindəki Qətranlı kəndinə və onun yaxınlığındakı oymaqlara silahlı basqın edirlər. Gözlərini qan örtmüş azğınlar valideynləri və amansızlıqla qətlə yetirilmiş 1400 uşağı bir yerə yığaraq Qətranlı kəndinin mərkəzi meydanında diri-diri yandırırlar.
1919-cu il...
Ağdaş şəhəri yaxınlığındakı yaşayış məntəqələri erməni silahlı quldurları tərəfindən dağıdıllır, sakinlərin əksəriyyəti vəhşicəsinə öldürülür.
1919-cu il...
Erməni daşnakları Zəngəzurun Razdar kəndini dağıdırlar. Əhalidən ölən və yaralananlar olur.
1920-ci il...
Rusiya Xarici İşlər naziri Çiçerin Azərbaycan və Gürcüstan hökümətlərinə ünvanladığı notada Denikinə qarşı hərbi ittifaq yaratmağı təklif edir. RSFSR Xarici İşlər Komissarı Çiçerin yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Xarici İşlər naziri F. Xoyskiyə birinci notasını göndərir. Əslində o, Azərbaycan hökümətindən Denikinə qarşı tələsik müharibəyə girməsini tələb edir.
1938-ci il...
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə tanınmış ziyalı Cabir Abbas oğlu Məmmədov güllələnir.
1938-ci il...
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası (Nikitçenko, İvlev, İşşenko) Səyyar Sessiyasının qərarı ilə tanınmış ziyalılar –Tağı Abbas oğlu Şahbazi (Simurq) və Azərbaycan Dram teatrının aktyoru Ülvi Rəcəb Şaşıqzadə güllələnirlər.
1990-cı il...
Ağdamdan Şuşaya gedən 5 sərnişin avtobusu yolda ermənilər tərəfindən hücuma məruz qalır;avtobus daşa basılır. 25 nəfər azərbaycanlı xəsarət alır, 3 maşın yandırılır, adamlar təhqir və qarət olunur.
1992-ci il...
Prezident fərmanı ilə Xankəndi şəhəri, Şuşa, Ağdərə, Xocavənd, Xocalı, Ağdam, Füzuli,Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xanlar, Goranboy və Tərtər rayonlarını əhatə edən ərazidə Prezident İdarə Üsulu tətbiq edilir. Ərazinin idarə olunması Prezident müvəkkili M.S.Məmmədova tapşırılır.
1992-ci il...
Xocalıda elektrik xətti ermənilər tərəfindən tamam kəsilir.
1992-ci il...
Ağdam rayonunun Əhmədavar, Çuxurməhlə, Xıdırlı, Şelli, Gülablı kəndləri atəşə tutulur. Əhmədavar kəndində 2 nəfər ağır yaralanır. Çoxlu sayda dağıntılar qeydə alınır.
Teref.az

