Tarixdə bu gün - 4 yanvar...

5-01-2023, 01:00           
Tarixdə bu gün - 4 yanvar...
4 yanvar
838-ci il...
Babək və onun qardaşı Abdulla ərəblər tərəfindən əsir kimi Samirə şəhərinə aparılır

1667-ci il...
Azərbaycanın Şamaxı şəhərində təxminən 7 min adamın ölümünə səbəb olan güclü zəlzələ baş verir. Şəhər böyük dağıntılara məruz qalır
1915-ci il...
Erməni-rus silahlı birləşmələri Sarıqamışı zəbt edirlər

1938-ci il...
Tanınmış zabit, hərbi komissar Soltanhəmid Cəbrayıl oğlu Paşayev hərbi kollegiyanın hökmü ilə güllələnir

1938-ci il...
Tanınmış zabit, mayor, qərargah rəisi, şəmkirli Cəlil Məşədi Paşa oğlu Əliyev repressiyaya məruz qalaraq güllələnir

1938-ci il...
General-mayor Qambay Vəzirovun qardaşı, tanınmış zabit Sədrəddin Məmməd oğlu Vəzirov kollegiyanın qərarı ilə güllələnir

1938-ci il...
Azərbaycan SSR XDİK-nin 3-cü dərəcəli dövlət təhlükəsizlik komissarı Sumbatovun əmri ilə tərkibində azərbaycanlıların çoxluq təşkil etdiyi 50 nəfər güllələnir
1990-cı il...
Əsgəran qəsəbəsi ilə Ağdam şəhərinin arasındakı körpü erməni terror qrupu üzvlərindən olan Q.V.Sarkisyan və başqaları tərəfindən (həmin qrup 18 aprel 1991-ci il tarixdə Xocavənd rayonunda 3 nəfər polis əməkdaşını da qətlə yetirir) partladılır

1991-ci il...
Ağdam-Əsgəran avtomobil yolunda Qraçik Qriqoryeviç Sarkisyanın başçılıq etdiyi terrorçu qrup körpünü partladır

1992-ci il...
Ağdam rayonunun Papravənd kəndi ermənilər tərəfindən müxtəlif növ silahlardan atəşə tutularaq dağıntılara məruz qalır.

1992-ci il...
Şuşa şəhərinin ermənilər tərəfindən atəşə tutulması nəticəsində 1 nəfər dinc azərbaycanlı sakin ağır yaralanır. Başdan başa muzey şəhəri olan Şuşanın bir neçə dəyərli memarlıq abidəsi dağıdılır

1993-cü il...
Erməni silahlı birləşmələri Füzuli rayonunun Aşağı Veysəlli və Dördlər kəndləri istiqamətində hücuma keçirlər. Hücun uğurlu alınmır. Əsgərlərimiz müdafiə olunmaq məcburiyyətində qalırlar. Müdafiə zamanı Azərbaycan tərəfi xeyli sayda itki verir. Ölənlər arasında əsgərlərlə bərabər mülki adamlar da olur

Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru