Heydər Əliyevin qoruma altına aldığı çay evini Vasif Talıbov dağıtdı

5-01-2023, 08:06           
Heydər Əliyevin qoruma altına aldığı çay evini Vasif Talıbov dağıtdı
Maraqlı nədir, bilirsinizmi? Naxçıvanda "Mamed əminin çay evi" kimi tanınan çayçı Heydər Əliyevin də tez-tez ziyarət etdiyi məkanlardan olub. Naxçıvana hər gələndə mütləq həmin çay evinə baş çəkərdi.
1990-cı ildə Naxçıvana ilk qayıdışı zamanı çay evinə gedir və öz şəkilinin divara yapışdırıldığını görür. Mamed əmini yanına çağırıb soruşur:
-Şəkilimi divardan asmaqdan qorxmursan? Axı Azərbaycan hakimiyyəti mənə düşməndir. Qorxmursan ki, mənə görə səni də məhv edərlər?
Mamed əmi :
-Qorxmuram, Heydər bəy, qoy bütün varidatım sənin yolunda fəda olsun.
Təbii ki, bu söz Heydər Əliyevin çox xoşuna gəlir. Həmin fotonu divardan çıxartdırıb arxasına öz imzasını atır. Deyir ki, şəkilimin arxasına da çay evinin fotosunu yapışdırarsan. Bundan sonra kim sənin çay evini bağlatmağa gəlsə mənim imzamı ona göstərərsən. Bunu etsən, Naxçıvanda heç kim sənin obyektinə toxuna bilməz.
Maraqlıdır ki, Heydər Əliyevin imzası belə Mamed əminin çay evini yerlə yeksan olmaqdan xilas edə bilmir. Onu dağıdan isə Ayaz Mütəllibov hakimiyyəti yox, Vasif "xan"ın "leşyeyənləri" olur.
Heydər Oğuz
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru