100 ildən çoxdur davam edən kimlik böhranımız.
20-11-2025, 12:28

100 ildən çoxdur davam edən kimlik böhranımız.
Osmanlı imperiyası dağılanda ərəb dedi: “mən ərəbəm”, kürd dedi: “mən kürdəm”. O vaxta qədər özünü əsasən müsəlman milləti kimi görən türklər isə bu böhran fonunda “vapşe biz də Türkük” dedi. Beləcə kimlik boşluğunda türklük ideyası formalaşdı.
Bu prosesin nəticəsi müsbət oldu: bu dəyər üzərində həm Türkiyə Cümhuriyyəti, həm də Qafqazda Azərbaycan dövləti quruldu.
Amma aradan 100 ildən çox zaman keçməsinə baxmayaraq, kimlik məsələsi hələ də o dövrün prinsipləri üzərində qalıb və daha dərinə enərək inkişaf etmədi.
Əksinə nə baş verdi? Kimlik böhranının 100 ildə aldığı mənfi istiqamətlər
1) Türklük kimliyi dərinləşməyib, əksinə səthiləşib. Fəlsəfə yaratmadı, estetik yaratmadı,dəyər sistemi yaratmadı, sosial model yaratmadı.
2) İslam kimliyi vahidləşmədi, parçalanma artdı
100 il əvvəl İslam kimliyi milli kimliyin birləşdirici elementi idi. Bu gün müxtəlif xarici dini qruplar,missioner təsirləri, şiə–sünni müxtəlif qolları, radikal və liberal qütblər İslam kimliyini bütövləşdirmədi, əksinə daha çox parçaladı.
Başqa xalqlarda bu proses necədir?
Erməni milli kimliyi 3 əsas prinsipi
1) Etnik erməni kimliyi və dil
2) Qriqoryan Kilsəsinə bağlılıq
3) “Soyqırımı yaddaşı”, kollektiv travma identikliyi
Rus milli kimliyi 3 prinsipi
1) Slavyan mədəni kod
2) Pravoslavlıq
3) Güclü dövlətçilik / imperiya düşüncəsi
Fars milli kimliyinin 3 prinsipi
1) Fars dili və mədəniyyəti
2) Şiəlik
3) İran imperiya mirası
Çin milli kimliyinin 3 prinsip
1)Han etnik kökü
2)Konfutsi dəyərləri
3) Mərkəzilik/imperiya identikliyi
İngilis milli kimliyinin 3 prinsip
1) Anglo-sakson mədəni bazis
2) Protestantlıq
3) Parlamentçilik və hüquq ənənəsi
Fransız milli kimliyinin 3 prinsip
1) Respublikaçılıq və vətəndaşlıq
2) Laiklik
3) Fransız dili və mədəniyyət
Alman milli kimliyinin 3 prinsip
1) German mədəni köklər
2) Nizam-intizam və hüquq dövləti
3) Sənaye–elm etikası
Azərbaycan türklərinin milli kimliyi 3 əsas sütun üzərində dayanır:
1) Türklük və Azərbaycan dili, etnik kök, mədəni kod, dil birliyi.
2) İslam mədəniyyəti, şiə-sünni harmoniyası, ədəb-ərkan dəyərləri.
3) Azərbaycançılıq, dövlətçilik, vətəndaşlıq və Qafqaz ruhu.
1) Türklük düşüncəsi cəmiyyətdə tam oturuşmayıb. Mütləq əksəriyyət etnik olaraq türk olsa da, insanlar özünü daha çox azərbaycanlı kimi qəbul edir. Bunun səbəbi Türklüyün bizdə etnik, ən yaxşı halda sosial kimlik üzərində qurulmasıdır. Etnik tərkibin müxtəlifliyi və bundan doğan tarixi qarışıqlıq etnik bazalı kimlik yaratmağı çətinləşdirir. Sosial kimlik üzərində isə sistemli iş aparılmayıb. Dəyərə, fəlsəfəyə və mədəni özünüdərkə əsaslanan kimlik müzakirəsi isə ümumiyyətlə formalaşmayıb.
2) İslam mədəniyyəti məsələsi də etnik kimlik qədər mürəkkəbdir. Şiəlik və sünniliyin müxtəlif qolları ölkəyə xarici missioner qruplar və dini icmalar vasitəsilə daxil olur. Bu parçalanma milli kimliyin bütövlüyünə mənfi təsir edir və dəyərlər müstəvisində vahid çərçivənin yaranmasına mane olur.
3) Qafqaz ruhu bizdə gürcülər, dağıstanlılar və çeçenlər qədər güclü deyil. Azərbaycançılıq və dövlətçilik ideyası da mövcuddur, amma İslam mədəniyyətindəki bölünmələr, Türklük anlayışının 100 il öncənin reallığı üzərində qurulması və müasir dövrün sosial-siyasi tələblərinə uyğunlaşmaması bu ideyanın bünövrəsini zəiflədir.
Tural Abasquliyev
TEREF

