“Yaxın Şərqin xəritəsi dəyişə bilər” - Nəsib Nəsibli AÇIQLADI

10-01-2026, 16:44           
“Yaxın Şərqin xəritəsi dəyişə bilər” - Nəsib Nəsibli AÇIQLADI
“Yaxın Şərqin xəritəsi dəyişə bilər. İsrail və ABŞ son illərdə İranın təsir dairəsini zəiflətməyə nail olub. Livan, Qəzza, Suriya prosesləri bunun göstəricisidir”.

Azərbaycanın İrandakı sabiq səfiri, professor Nəsib Nəsibli bunu TodayPress TV-yə müsahibəsində bildirib.

O vurğulayıb ki, “Şiə qövsü” dağılıb, amma SEPAH-ın xarici fəaliyyətinə yenə də büdcə layihəsində böyük vəsait ayrılır. İdeoloji rejimlər adətən axıra qədər gedirlər:

“Rejim dəyişərsə, “İranın özü qalacaqmı?” sualı ortaya çıxa bilər. Qeyri-farslar əsasən sərhədlərdə yaşayır və sərhədin o tayında daha inkişaf etmiş milli mərkəzləri var. İranın parçalanması perspektivi artıq ciddi müzakirə olunur. Məsud Pezeşkianın özü də xəbərdarlıq edib ki, bu siyasət davam edərsə, ölkə 7 yerə bölünə bilər. Bizdə “Bütöv Azərbaycan” ideyasını romantika adlandıranlar var, amma bu fikrin 100 ildən artıq tarixi var və çox təbii fikirdir. Kürdlərin, ərəblərin, bəlucların da birləşmək istəyi təbiidir. Rəsmi Tehran isə 100 ildən artıqdır ölkəni parçalama siyasəti aparır. Artıq caydırıcı tezislərlə bu problemdən qurtulmaq mümkün deyil”.

TodayPress TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]