Turizm şirkətləri uçuş şərtlərini açıqladı — Baqajlar üçün 50 manat…

24-07-2015, 22:24           
Turizm şirkətləri uçuş şərtlərini açıqladı — Baqajlar üçün 50 manat…
Turizm şirkətləri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) loukost reysləri çərçivəsində Türkiyə istiqaməti üzrə uçuşların şərtlərini açıqlayıb.

Uçuşlar avqustun 7-dən oktyabrın 23-dək hər həftənin I, III və V günləri həyata keçiriləcək.

Bununla belə, uçuşlarda sadəcə 5 kiloqram həcmində əl baqajlarına icazə verilir. Əlavə 23 kiloqramadək qədər olan baqajlar üçün Bakı-Antalya istiqaməti üzrə 50 manat, Antalya-Bakı istiqaməti üzrə isə 50 dollar ödəmək lazım olacaq.

Bundan başqa, bu siniflər üzrə “miles” ballar hesaba əlavə olunmur. Yerlər məhdud saydadır. Maksimal qalma müddəti 1 aydır. Biletin qiyməti günün valyuta məzənnəsinə əsasən hesablanıb və məzənnə fərqinə görə biletin qiyməti dəyişə bilər.

Bu istiqamət üzrə aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.

Qeyd edək ki, Bakı-Antalya-Bakı reysi üzrə aviabiletin qiyməti 248-258 manat arasında dəyişir. (Trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]