Taun Əleyhinə Stansiyadan əhaliyə öldürücü virusla bağlı-XƏBƏRDARLIQ

27-07-2015, 15:56           
Taun Əleyhinə Stansiyadan əhaliyə öldürücü virusla bağlı-XƏBƏRDARLIQ
Cənubi Koreyada MERS virusu qurbanlarının sayı 27- ə çatıb. Azərbaycanın Koreya ilə ticari əlaqələrinin olması bu təhlükəli virusun ölkəmizə keçmə ehtimalı ilə bağlı narahatçılıq yaradır. Movqe.az-a bu barədə açıqlama verən Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının Xüsusi Təhlükəli Yoluxucu Xəstəliklərin Epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova MERS virusunun Azərbaycana keçməsinin qarşısını almaq üçün tədbirlərə başlanıldığını söyləyib. R. İsmayılova bildirib ki, Yaxın Şərq Respirator Sindrom virusu hesab olunan (MERS) Corono virus qrupuna aiddir: "Dünyada heç bir ölkə olduğu kimi, Azərbaycan da bu virusdan sığortalanmayıb. Bu virusun ölkəmizə keçməsinin qarşısını almaq üçün dezinfeksiya tədbirləri görülür. Eyni zamanda sərhəd keçid məntəqələrində, hava limanlarında bu virusun əlamətlərindən şübhələnilən şəxslər müayinə edilir”.

R. İsmayılova bildirib ki, xəstəliyin inkubasiya dövrü 7-14 gündür. Şöbə müdirinin sözlərinə görə, virusa yoluxan insanda ilk gündən qripəbənzər əlamətlər, hərarət,öskürək, tənginəfəslik müşahidə olunur: "Bu virusdan qorunmaq üçün əhalinin sıx olduğu yerlərdə mümkün qədər kənar durmaq,əllər təmiz saxlamaq, əllər yuyulmadan gözə, ağıza vurmaq olmaz. Sözügedən əlamətlər müşahidə olunan kimi, dərhal həkimə müraciət etmək lazımdır”.

Qeyd edək ki, Cənubi Koreyada koronovirus xəstəliyi diaqnozu qoyulan 175 nəfərdən 54-ü evə buraxılıb. Son məlumatlara görə, qurbanların sayı hələki 27 olaraq qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]