Yaramaz bir məmur pul naminə... - Prezident

10-07-2018, 01:08           
Yaramaz bir məmur pul naminə... - Prezident
Rayon İcra Hakimiyyətləri dayanacağın yerini zəbt edib, hasarlayıb, o yeri satır və şəhər nəqliyyatını iflic vəziyyətinə salır.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında şəhər nəqliyyatı ilə bağlı danışarkən deyib. Prezident bildirib ki, o səhvləri buraxan məmurlar işdən qovulub:
“Şəhər nəqliyyatı hamımız üçün rahat olmalıdır. Şəhərsalmaq qaydaları elə gözlənilməlidir ki, əngəl törətməsin, əksinə, ona köməklik göstərsin. Bakı, Azərbaycan böyüyür, qonşu ölkələrdən fərqli olaraq, bizim əhalimiz müstəqillik illərində 7 milyondan 10 milyona çatıb. Böyük meqapolislərin vəziyyətinə düşmək istəmirik – saatlarla insanlar tıxaclarda əziyyət çəkir. Biz burda hansısa damarlar, yollar açırıq, ancaq hansısa yaramaz bir məmur pul naminə gedir o yeri satır, orda bina tikirlər, qanunsuz, sonra da o binanın söküntüsünə dövlət böyük vəsait xərcləməli, kompensasiya verməlidir qanunsuz tikən ordan çıxsın ki, yol açılsın.
Ona görə çox ciddi tapşırıq verirəm ki, dövlət orqanları nəticə çıxarsınlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru