Azərbaycanın yüksək vəzifəli məmurunun oğlu qəzaya düşdü - Ölən var (Video)

23-10-2015, 14:40           
Azərbaycanın yüksək vəzifəli məmurunun oğlu qəzaya düşdü - Ölən var (Video)
“Aztelekom” İstehsalat Birliyinin direktoru Məmməd Məmmədovun oğlu Ukraynada ağır yol qəzasına düşüb.

teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən Kiyev şəhərinin Borispol prospektində ölümlə nəticələnən qəza baş verib. M. Məmmədovun Ukraynada təhsil alan 20 yaşlı oğlu Araz Məmmədovun idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq aşıb. Daha sonra maşın alışmağa başlayıb. Avtomobildə M. Məmmədovun oğlundan başqa baldızı qızı da olub. Hadisə nəticəsində qız dünyasını dəyişib. Oğlanın vəziyyətinin isə ağır olduğu bildirilir.

Artıq valideynləri və yaxınları Ukraynaya yola düşüblər.

Hadisənin dəhşətli videogörüntülərini təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=NFX7WOrw0Bs]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru